Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Aprel

2021
10:20
İranlı ekspert: Erməni `soyqırımı` uydurmadır

İranın tanınmış ekpertlərindən biri sayılan İlyas Vahidi ölkənin “Xəbər” televiziya kanalında yayımlanan “Dünya bugün” analitik verlişində ermənilərin qondarma "soyqırımı"na dair fikirlər bildirib.

İran mətbuatı xəbər verir ki, onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin qondarma erməni "soyqırımı"nı tanıması siyasi bir təzyiqdir və ermənilərlə türklər arasında ixtilafı aktual saxlayır.

"Bu siyasi təzyiq həm regional məsələlərdə ABŞ üçün sərfəlidir, həm də seçkilərdə Demokrat Partiyasının xeyrinədir. Bu addımla demokratlar ABŞ-da güclü erməni diasporasının səsini qazana biləcək”, - deyə Vahidi bildirib.

Ekspert onu da vurğulayıb ki, tarix baxımından erməni soyqırımı iddiası birinci dünya müharibəsinə qatılmış ölkələrin arxivlərində mövcud olan sənədlərə əsasən tarixi reallığı əks etdirmir və sadəcə bir iddiadır.

"Yəni Osmanlı ipreriası tərəfindən soyqırım məqsədilə bir milyon beş yüz min erməninin öldürməsi iddiadan başqa bir şey deyil. Həmçinin tarixi sənədlər ermənilərin öldürülməsini inkar edir. Qərb dünyasına gəldikdə, o da ermənilərin "soyqırımı"nı Holokost məsələsi kimi tarixi bəhs açmaq istəmir və bundan yalnız siyasi məqsədlər üçün istifadə edir", - Vahidi qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
521

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
676
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 07:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru