Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2021
10:12
Hulusi Akarın təyyarəsi təcili eniş edib

Türkiyənin müdafiə naziri Hulusi Akarın göyərtəsində olduğu təyyarə təcili eniş edib. Buna səbəb təyyarənin quş dəstəsi ilə toqquşması olub.

Bu barədə Anadolu agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Qaziantep hava limanından qalxan təyyarə bu səbəbdən Adana 10-cu Tanker Bazası Komandanlığına təcili eniş edib.

Qeyd edək ki, H.Akar Baş qərargah rəisi general Yaşar Gülər və Quru Qoşunları Komandanı general Ümit Dündarın müşayiəti ilə Türkiyə ordusunun Suriyanın şimalında yerləşən sərhəd xəttindəki mövqelərində araşdırma və nəzarət həyata keçirib. Hadisə heyət geri dönərkən baş verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
205

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
380
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru