Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2021
11:45
Bəşər Əsəd: `İran Suriyanın əsas tərəfdaşıdır`

İran parlamentinin spikeri Məhhəmməd Baqir Qalibaf Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. 

Bu barədə İRNA agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, görüş zamanı Bəşər Əsəd İranı Suriyanın əsas ortağı olduğunu və iki ölkə arasında terrorla mübarizədə koordinasiya müsbət nəticələr verdiyini vurğulayıb.

Suriya Prezidenti həmçinin iki ölkə arasında mövcud koordinasiyanın bütün ölkə ərazisinin azad olunmasına və terrorçu qrupların məğlub edilməsinə qədər davam edəcəyini bildirib.

Qalibaf öz növbəsində deyib: "Suriya və İranda son seçkilər iki ölkəyə tətbiq edilən təzyiq siyasətinin uğursuz olduğunu sübut edir".

Görüşdə İran və Suriya arasındakı güclü münasibətlər və müxtəlif səviyyələrdə konstruktiv əməkdaşlıq müzakirə edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
190

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
350
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 20:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru