Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2021
12:17
Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Bu barədə Azərbaycan XİN-in “Twitter”dəki rəsmi səhifəsindəki paylaşımda qeyd olunub.

“İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq", - məlumatda vurğulanıb.

Xatırladaq ki, İraqın Di-Kar əyalətinin Ən-Nəsiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb. İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi məqsədilə matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
195

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
380

Ərbəin gününün məxsusiliyi nədədir?

27

Sentyabr
11:34
MƏNƏVİYYAT
451
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 10:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru