Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2021
14:40
“Xiaomi” 48 meqapikselli kameraya malik televizor buraxacaq

“Xiaomi” şirkəti qoşa kamera ilə təchiz edilən ilk televizorun fotoşəklini dərc edib. Bu barədə “GizmoChina” nəşri məlumat yayıb.

Şirkət “Mi TV 6” televizorunun nümayişini planlaşdırır. O, qoşa kamera ilə təchiz edilən ilk model olacaq. Bu komponent korpusun yuxarı hissəsində gizlədilib – kamera lazım olduqda korpusdan çıxarılır. O, hər biri 48 meqapikselli iki obyektivdən ibarətdir.

Qoşa kameranın dəqiq təyinatı açıqlanmasa da, jurnalistlərin fikrincə, o, əlavə reallıq və fitnes proqramları üçün istifadə ediləcək. Bundan başqa, televizor yeni interaktiv rejimlə təchiz ediləcək.

Bildirilir ki, televizor “QLED Quantum Dot” matrisası, avtomatik parlaqlıq və rəng quraşdırma funksiyası, oyunlar zamanı zəif yubanma üçün “AMD FreeSync Premium” texnologiyası dəstəyi və “Xbox üçün hazırlanıb” (Designed For Xbox) sertifikatına malik olacaq. “Mi TV 6” televizoru “Dolby Vision IQ” texnologiyası, ümumi gücü 100 vatt olan quraşdırılmış dinamiklər, iki “HDM 2.1” portu, “Wi-Fi 6” modulu ilə təchiz olunacaq. Yeni televizorun buraxılışı iyunun 28-nə nəzərdə tutulur. “Mi TV 6” əvvəlcə Çin bazarı üçün təqdim ediləcək.

Məqalədə : Xiaomi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
849
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 08:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru