Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2021
14:22
`Taliban` Türkiyə hərbçilərinin də Əfqanıstanı tərk etməsini tələb edir

Doha sazişinə əsasən NATO-nun müttəfiqi Türkiyə də Əfqanıstandan çıxmalıdır.

Bu barədə “Taliban”ın sözçüsü Suhail Şahin bildirib.

“Son 20 ildə Türkiyə də Əfqanıstanda NATO qüvvələrinin bir hissəsi idi. Buna görə də 2020-ci il fevralın 29-da ABŞ-la imzaladığımız saziş əsasında bu ölkənin qüvvələri də Əfqanıstandan çəkilməlidir. Türkiyə böyük bir İslam ölkəsidir, Əfqanıstanın bu ölkə ilə tarixi əlaqələri olub. Gələcəkdə ölkədə yeni bir İslam hökuməti qurulan kimi Türkiyə ilə yaxın və yaxşı münasibətlər qurmağa ümid edirik”, - deyə Taliban sözçüsü vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ və koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Kabil hava limanını qorumaq və idarə etmək üçün Ankaranın təklif irəli sürdüyü və bu təklifin Əfqanıstan hökuməti tərəfindən müsbət qarşılanması barədə məlumatlar yayılıb.(APA)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
75

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
297

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
394
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 09:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru