Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2021
11:46
QMİ: Məscidlər ibadət üçün açıqdır

İçərişəhər Cümə məscidi dindarlar üçün ibadətə artıq açıqdır.

Bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, adıçəkilən məscidin axundu Hacı Surxay deyib.

O bildirib ki, axundu olduğu məscid səhər saatlarından, sübh namazı vaxtından vətəndaşların üzünə açıqdır:

“Sübh namazı üçün az sayda dindar ibadət üçün gəlmişdilər. Əsas günorta namazı vaxtı dindarların çoxluğu müşahidə olunacaq və hazırda hazırlıq işləri görülür. Namaz qılınması zamanı və dindarların içəriyə buraxılışı qaydalar əsasında həyata keçiriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə iyunun 10-dan etibarən dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
420

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 11:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru