Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
15:29
Fələstinin müqavimət qrupları Ayətullah Xameneiyə təşəkkür etdi

Fələstinin müxtəlif müqavimət qrupları ayrı-ayrılıqda İranın Ali lideri Seyyid Əli Xameneiyə məktub ünvanlayaraq ona builki Beynəlxalq Qüds Günü göstərdiyi mövqeyinə görə təşəkkür ediblər.

Fələstinin müqavimət hərəkatlarının ünvanladığı bu məktublarda İran İslam Respublikası və Ayətullah Xameneinin Fələstin xalqının müqavimətini dəstəkləməsi, İsraili rəsmi olaraq tanımaması və Qüdsü azad olacağı vaxta qədər müqavimət yolunun davam edəcəyini vurğulamasına görə təşəkkür sözləri yer alıb.

Bundan əlavə, Ayətullah Xameneinin builki Qüds Günü bəyanatı Fələstinin azadlığı üçün yol xəritəsi adlandırılıb.

Həmçinin Fələstinin müqavimət qrupları yazdıqları məktublarında İran İslam Respublikasının İslam ölkələrinin arasında vəhdət və müqavimət mehvəri rolunu oynayan, Fələstin ideyalarını diri saxladığı üçün şəhid Qasim Süleymaninin xatirəsini də yad ediblər.

Qeyd edək ki, Ayətullah Xamenei mayın 7-i Beynəlxalq Qüds Günü ilə bağlı dünyaya müraciət etmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
750

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
882

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 04:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru