Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Aprel

2021
12:43
DİN şəhid dəfnində saxlanılanların olmasına dair məlumatlara aydınlıq gətirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə şəhid dəfnində iştirak edən şəxslərin saxlanılması ilə bağlı yayılan məlumatlara  münasibət bildirib.

Ötən gün Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini Hüseyn Xəlilov şəhid olub.

Bu səhər Nardaran şəhidinin dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var. 

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib:  "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.

Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

16

May
16:58
ÖLKƏ
166

Sabah 35 dərəcə isti olacaq

16

May
14:05
ÖLKƏ
211

Vüqar Səfərlinin həbs müddəti uzadıldı

16

May
12:32
HÜQUQ,HADİSƏ
301

Vətən müharibəsi iştirakçısı vəfat etdi

16

May
12:29
BÖLMƏNİ DÜZ SEÇ!
291

Neftin bahalaşması davam edir

16

May
09:45
İQTİSADİYYAT
503

AMB-nin valyuta məzənnələri

16

May
09:30
İQTİSADİYYAT
536

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
774

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
595

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
642
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 20:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru