Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2021
09:57
Bu gün Həzrət Xədicənin (s. ə) vəfat günüdür

Mübarək Ramazan ayının 10-u İslam tarixinin əzəmətli qadınlarından biri, Həzrət Rəsuli-əkrəmin (s) həyat yoldaşı və “möminlər anası” (ummul-muminin) Həzrət Xədiceyi-Kübranın (ə) vəfat günüdür.

Həzrət Xədicə (ə) hicrətdən 68-il əvvəl Məkkə şəhərində dünyaya göz açıb. Atasının adı Xuvəylid ibn Əsəd, anasının adı isə Fatimə binti Zaidət ibn Asim idi. O İslamı qəbul edən ilk qadın kimi tarixə düşüb.

Həzrət Əli (ə) “Qasiə” xütbəsində onun fədakarlığını xatırladaraq buyurur: “İslamın əvvəlindəki çətin anlarda İslam dini Rəsulullahın (s) – Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı. Mən də onların üçüncüsü idim”. (“Nəhcül-bəlağə”, 192-ci xütbə.)

Müasir tədqiqatçıların nəzərinə görə, Həzrət Xədicə (ə) Həzrət Məhəmməd (s) peyğəmbərlə (s) ilə evlənməzdən əvvəl heç vaxt evli olmayıb.

Həzrət Xədicə (ə) 40 yaşında ikən Həzrət Məhəmmədlə (s) (o zaman peyğəmbər ömrünün 25 yaşında idi) ailə həyatı qurub. Bu ailədən onun Qasim, Abdullah, Rüqəyyə, Zeynəb, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (s) adlı altı övladı olub. İki oğlu – Qasim və Abdullah uşaq yaşlarında ikən dünyalarını dəyişiblər.

Həzrət Xədicə (ə) çox iffətli və ismətli olduğu üçün hələ cahiliyyət zamanında ona “Tahirə” (ismətli xanım) ləqəbini vermişdilər.

Həzrət Xədicə (ə) vəfat edən zaman azyaşlı Fatimeyi-Zəhra (ə) atası Həzrət Peyğəmbərin (s) ətrafında dolanır və soruşurdu: “Ya Rəsuləllah! Mənim anam haradadır?”. Peyğəmbər (s) cavab verib buyururdu: “Cəbrail nazil olub dedi ki, Allah-taala sənə belə əmr edir: Fatiməyə salam çatdır və ona de ki, sənin anan elə bir evdədir ki, onun tavanı qızıldan, sütunları qırmızı yaqutdandır, özü də Asiyə ilə Məryəmin yanındadır”.

Bu alicənab xanımın Məkkə şəhərində, “Əbu Talib” qəbiristanlığında yerləşən qəbri Allah və Rəsulunu sevənlərin ziyarətgahıdır. Təəssüflər olsun ki, keçən əsrin əvvələrində peyğəmbər ailəsinin üzvləri və bir çox səhabələrin dəfn olunduğu “Cənnətül-müəlla” kimi tanınan bu qəbiristanlıqdakı məzar daşları və türbələr vəhhabi şeyxlərinin göstərişi ilə təmamilə dağıdılaraq tanınmaz hala salınmışdır və yalnız yaddaşlardakı işarələrlə Peyğəmbərin həyat yoldaşı Həzrət Xədicənin (ə), əmisi Həzrət Əbu-Talibin (ə) və digərlərinin dəfn olunduqları yerlər məlumdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
266

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 21:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru