Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2021
10:06
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”

“Bəşəriyyət koronavirusa qarşı peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmir: Dünyada 832 milyon peyvəndləmənin 82 faizdən çoxu yüksək və orta gəlirli ölkələrdə, yalnız 0.2 faizi isə az gəlirli ölkələrdə həyata keçirilib”.

Bunu BMT-nin İqtisadi və Sosial Şurasının koronavirus əleyhinə peyvəndə həsr olunmuş iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus deyib.

ÜST rəhbəri bildirib ki, peyvənd məsələsində bərabərlik zəmanəmizin bir çağırışıdır. Biz bu istiqamətdə uğursuzluğa düçar olduq: "COVAX mexanizmi ilə peyvənd alacağını gözləyən bəzi ölkələr heç bir şey almayıb. Bir sıra ölkələr dərman kvotalarının ikinci hissəsini vaxtında almayıb, bu ölkələr planları təhlükəyə atıb”.

Qebreyesu əlavə edib ki, COVAX vasitəsi ilə tədarükün bu günə qədər 100 milyondan çox dozaya çatdığı təxmin edilib, amma əslində bu günə qədər yalnız 40 milyon paylanılıb: Əhalisi üçün artıq peyvənd ayırmış ölkələri dərhal COVAX-a bağışlamağa çağırıram. Digər vacib addım yerli peyvənd istehsalına investisiya qoyuluşu ola bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
396

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
531
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 21:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru