Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2021
14:12
Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

Bu ilin aprelin 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 260,7 min nəfər olub, onlardan 4 890,4 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,33% artıb, məşğul əhalinin sayı isə 0,94% azalıb.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 678,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər, qeyri-dövlət sektorunda isə 763 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 645,3 min nəfər çalışıb.

Məqalədə : Azərbaycan iqtisadiyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
217

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
235

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 23:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru