Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2021
10:14
İran uranın 60 %-ə qədər zənginləşdirilməsinə başlayır

İran çərşənbə günündən etibarən uranın 60 %-ə qədər zənginləşdirilməsinə başlayacaq.

RİA Novosti xəbər verir ki, bu barədə “Press TV” İran xarici işlər nazirinin müavini Abbas Ərakçıya istinad edərək məlumat yayıb.

Onun sözlərinə görə, ölkə Nətənz şəhərindəki nüvə obyektində daha 1 000 sentrifuqa quraşdıracaq.

Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tezliklə Nətənzdə yeni nəsil uran zənginləşdirmə sentrifuqalarının quraşdırılacağını, bunun partlayışı təşkil edənlərin “axmaqlığına” cavab olacağını söyləmişdi.

Ötən həftənin sonunda İran tərəfi Nətənz nüvə obyektində elektrik paylama şəbəkəsində qəza olduğunu bildirmişdi. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi insidenti “nüvə terrorizminin təzahürü” adlandırıb.

Məqalədə : İran uran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
491

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
631
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-05-2021 04:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru