Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2021
11:51
İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək

“Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər münasibəti ilə təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib. 

Rizvan Səid Şeyx deyib ki, bu Zəfər Azərbaycanın nailiyyətlərin təzahürüdür: “İƏT 30 il ərzində bu məsələyə xüsusi diqqət yetirib. Biz olaraq bu zəfərdən məmnunuq”.

Pakistanın İƏT-dəki daimi nümayəndəliyinin rəhbəri qeyd edib ki, Pakistan İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti tədbirinə ev sahibliyi edəcək: “Pakistan sülhün dayanıqlı olması üçün İƏT-in keçirə biləcəyi tədbirləri müzakirə edəcək. Pakistanda bir araya gələcək xarici işlər nazirləri səylərin səfərbər olması üçün konkret tədbirlər planı üzərində işləməlidir. Bu, bölgədə sülhün dayanıqlı olmasına yönəlməlidir. Bundan əlavə, tədbirlər planı bizə digər islam ölkələrindəki problemlərin də sülh yolu həllinə ümid yaradacaq. Azərbaycanın nailiyyəti bu ölkələrdəki insanlara da böyük ümidlər verir. İƏT Xarici İşlər Nazirlər Şurası müvafiq tədbirlər planını təsdiq edəcək”.

O vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın yanındadır.

Rizvan Səid Şeyx  nəzərə çatdırıb ki, Pakistan sülhün dayanıqlı olması üçün də səylərini davam etdirəcək: “İƏT və Təmas Qrupu bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Üzv dövlətlərin də dəstəyini əsirgəməyəcəyinə inanırıq. Qarabağ Azərbaycandır!”

Məqalədə : İƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
210

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
225

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 22:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru