Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2021
14:53
Neft bazarında proqnoz yeniləndi

Bu il dünya neft bazarında gündəlik təklif kəsiri orta hesabla 800 min barel səviyyəsində gözlənilir.

“Report” xəbər verir ki, OPEC+ Nazirlər Monitorinq Mərkəzinə təqdim etmək üçün texniki komitənin hazırladığı hesabatda tələbat artımının da gündəlik 5,6 milyon barel olacağı bildirilir. Əvvəlki hesabatda həmin göstəricilər müvafiq olaraq 1,2 milyon və 5,8 milyon barel həcmində müəyyənləşdirilmişdi.

Hesabatda əsas və alternativ variantlar göstərilir. Əsas variant OPEC+ formatı çərçivəsində bu ay verilən qərara uyğun olaraq hasilatın bundan sonra da ixtisar olunacağı ehtimalına, alternativ variant isə tələbatın daha ləng artacağı ehtimalına söykənir. Son ehtimala uyğun olaraq neftə tələbat gündə 4,1 milyon barel artacaq, təklifin isə gündəlik 600 min barel həcmində qalığı əmələ gələcək.

Bu ildə neft bazarındakı kəsirin 1,6 milyon barel səviyyəsində ən yüksək həddi dekabr ayında gözlənilir.

Hesabat müəlliflərinə görə, COVID-19-a yoluxma hallarının artması və uyğun olaraq karantin tədbirlərinin sərtləşdirilməsi qarşıdakı yay mövsümündə avtomobil yanacağına tələbat artımını səngidə bilər.

Həmçinin neft bazarındakı mövcud dalğalanmaların əsaslı amillərdən daha çox sərmayədarların gözləntilərindən irəli gəldiyi qeyd olunur: “Bu da daima ehtiyatlı olmağı, vəziyyətin müşahidəsinə ayıq yanaşmanı zəruri edir”. Bazardakı dalğalanmalar konyukturun sabitsizliyinə dəlalətdir.

Hesabatda OECD ölkələrindəki neft ehtiyatlarının azalmasına baxmayaraq 2015-2019-cu illərin orta səviyyəsindən hələ də artıq olduğu da göstərilir.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
365

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
286

Neft yenidən ucuzlaşıb

14

May
09:45
DÜNYA
443

Sabah 32 dərəcə isti olacaq

13

May
13:54
ÖLKƏ
672
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-05-2021 00:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru