Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
16:35
Ermənistan ATƏT büdcəsinin qəbul edilməsini əngəlləyir

Ermənistan ATƏT-in büdcəsinin, habelə ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyasının qəbulu prosesini əngəlləyib.

Bu barədə “Caliber.az” diplomatik mənbələrə istinadən məlumat verib. Qeyd olunur ki, bu cür hərəkətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına ciddi zərbə vurur.

Məlum olduğu kimi, Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir “uğur hekayəsi”dir. Büdcəsi 100 milyon avrodan çox olan missiyanın fəaliyyətində 1000-dən çox əməkdaş iştirak edir. Lakin missiyanın səlahiyyət müddəti 31 martda başa çatır və bu tarixə qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaq.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Məntiqi olaraq Ermənistanın bu addımı Qərbin də ciddi narazılığına səbəb olur.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin son dövrlərdəki fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressiv açıqlamaları Ermənistanın baş naziri Nikol Paşinyanın XİN-ə nəzarət etmədiyi düşüncəsini yaradır.

Ermənistan Xarici İşlər Nazirliyinin bu cür destruktiv fəaliyyəti müstəqil, yoxsa xarici təsir altında aparması isə açıq sual olaraq qalır.

Məqalədə : Ermənistan ATƏT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
550

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
572

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
713
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 09:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru