Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2020
13:55
Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı yeni proqramlar komissiyaya təqdim edilib - RƏSMİ

Su qıtlığı ilə bağlı məsələlər daim ölkə rəhbərliyinin diqqətindədir, sudan səmərəli və qənaətlə istifadə etmək lazımdır.

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, bu əbəs yerə deyil, çünki dünyada qlobal istiləşmə gedir:

“Hətta BMT-nin hesablamalarına görə, 2001-ci il ilə müqayisə etsək, 2050-ci ilə kimi su ehtiyatları 23 faiz azalacaq. Təbii ki bu da bizim ölkəmizə, iqlimimizə də təsir edir. Ona görə də, Prezindent İlham Əliyev çıxışında daim qeyd edir ki, su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır, itkiyə yola vermək olmaz. Məhz bu məsələ ilə bağlı aprel ayının 15-də Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı.

Sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılıb”.

D.Şərifov qeyd edib ki, sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib:

“Birinci, Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə dövlət proqramıdır. İkincisi isə suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında dövlət proqramıdır”.

Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir.

Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılması eyni zamanda kadr potensialının gücləndirilməsi hesabına 2030-cu ildə aşağıdakılara nail olunmaq hədəflənməkdədir: Rusiya Federasiyası, İran islam Respublikası və Gürcüstanla transsərhəd su ehtiyatlarının və obyektlərinin birgə idarəedilməsi üzrə iki tərəfli əməkdaşlıq davam etdirilərək və bu sahədə daha sıx əməkdaşlıq yaradılmasına, İran İslam Respublikası ilə Araz çayı üzərində inşa olunmuş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və birgə istismarı üzrə əməkdaşlıq davam etdirilərək bu hidroqovşaqlarda toplanan suların və istehsal olunan enerjinin birgə istifadəsinin həyata keçirilməsinə, suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə müasir suvarma texnikası və texnologiyasının tətbiq sahəsinin suvarılan torpaqların 60 %-dən çoxunu əhatə etməsinə, ümumi sututumu 1 milyard m 3 olan 16 ədəd su anbarının layihə sənədlərini hazırlamaqla tikintisinə başlanılması, tikintiləri yarımçıq qalmış 2 ədəd su anbarında işlərin tamamlanması hesabına 124 milyon m 3 su yığılmasının təmin edilməsinə, mütərəqqi suvarma texnikasının və texnologiyasının tətbiqinə əsaslanan iri təsərrüfatların və aqroparkların yaradılması.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
151

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
165

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
410

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
211

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
205

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
206

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
190

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
275
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 19:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru