Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
13:42
Rövşən Əhmədli Milli Şuradan istefa verib

Azərbaycan İslam Partiyasının sədr müavini Rövşən Əhmədli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Bu barədə o,  Facebook hesabında məlumat verib:

”Son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin,vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti məni də dərindən narahat etdi və təəssüfləndirdi. Baş verən hadisələrə və dostlarımızın mənə yönəlik suallarına səhhətimdə yaranmış ciddi problemlərlə əlaqədar aparılan intensiv müalicələr səbəbindən zamanında cavab verə bilmədiyimə görə də çox üzgünəm və hamınızdan üzrxahlıq edirəm. Mən Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz, faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm”.

Qeyd edək ki, bundan əvvəl Milli Şuradan Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərov da istefa verib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru