Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2020
14:30
DİM iki fənn üzrə imtahanlara düşəcək mövzulara aydınlıq gətirdi

Dövlət İmtahan Mərkəzi Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə imtahan verən abituriyentlərə müraciət edib.

Mərkəzdən FaktXəbər-ə verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, bu ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.

Bəzi abituriyentlər və orta ümumtəhsil məktəblərində Azərbaycan tarixi və ümumi tarix fənlərini tədris edən müəllimlər tərəfindən bu iki fənn üzrə proqramdan çıxarılan mövzuların mart-iyun aylarında tədris edilən mövzuları tam əhatə etmədiyinə dair DİM-ə müraciətlər daxil olub.

Dövlət İmtahan Mərkəzi bu müraciətlərlə əlaqədar olaraq bildirir ki, hazırda qüvvədə olan təhsil proqramına əsasən, ümumi təhsil müəssisələrində Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə XI sinifdə IX sinifdə tədris olunmuş mövzuların genişləndirilərək mənimsənilməsi nəzərdə tutulur. Buna görə də cari ildə keçiriləcək qəbul imtahanlarında Azərbaycan tarixi və ümumi tarix fənləri üzrə mart ayından etibarən keçirilməli olan mövzulara aid test tapşırıqları həmin mövzular üzrə IX sinif dərsliklərində yer almış biliklərə əsaslanacaq.

Digər bütün mövzular üzrə test tapşırıqlarında isə VI-XI sinif dərsliklərinə istinad ediləcək. Mart ayından etibarən XI sinifdə tədris olunmayan bəzi mövzuların adlarının qəbul proqramından çıxarılan mövzular arasında göstərilməməsi bununla bağlıdır.

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5005

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4088

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5721

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5744

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7308

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5491
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 21:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru