Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2020
13:52
`Azərişıq` bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Respublikası Nazirlər kabinetinin Ramazan bayramı ilə əlaqədar müəyyən etdiyi 8 günlük qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram yarmarkalarının keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.

Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, qurumun Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib:

"Azərişıq" əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Qarşıdan gələn bayram günlərində də bu rejimdə fəaliyyətimiz davam edəcək. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla Bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib".

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib:

"İstehlakçılardan xahiş edirik ki, baş verə biləcək hər hansı kəsinti və qəza hallarını aradan qaldırmaq üçün 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kriştiano Ronaldodan yeni REKORD

19

İyun
13:59
DÜNYA
275

Ceyhun Bayramov Ermənistana səsləndi

19

İyun
13:45
SİYASƏT
255

DTX Şuşada əməliyyat keçirdi

19

İyun
12:58
ÖLKƏ
266

Azərbaycan nefti cüzi bahalaşıb

19

İyun
10:43
İQTİSADİYYAT
381

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
587
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2021 10:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru