Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2020
10:40
63 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

Bu günə verilən məlumata əsasən 63616 abituriyent elektron ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, mayın 12-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna start verilib.

Abituriyentlərin ərizələrinin qəbulu artıq 13-cü ildir ki, elektron formada Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə aparılır.

Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 55597-si cari ilin, 8019-u isə əvvəlki illərin məzunlarıdır. Ərizəsini təsdiq etmiş abituriyentlərdən 32004-ü kişi, 31612-si isə qadındır.

Abituriyentlərin təqribən 99%-ə yaxını (62669 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 1% (947 nəfər) abituriyent (əsasən 2011 və daha əvvəlki illərin məzunları) elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri və rayonlarda yerləşən inzibati binalarında yerləşən Sənəd Qəbulu Komissiyaları qeyri iş günləri olan 23, 29 və 30 may tarixlərində də fəaliyyət göstərəcəkdir.

Vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu 2020-ci il iyunun 5-dək davam edəcək və bu müddətin uzadılması nəzərdə tutulmur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54366

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52459

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53884

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53634

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59023

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53324

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53693
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 01:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru