Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2020
09:34
Koronavirusa görə 9-cu siniflər üçün buraxılış imtahanı təxirə salındı

Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı həmin gün baş tutmayacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Qeyd edək ki, 9 mart 2020-ci il tarixində Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

Məqalədə : buraxılış imtahanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
100

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
232

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
278

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
312
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 12:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru