Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2020
13:40
Bakıda 160 məktəbdə dezinfeksiya işləri aparıldı

Ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXəbər-ə verilən məlumata görə, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən idarənin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb. Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müvafiq müqavilələr əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Həmçinin mövsümi virusların yayılma ehtimalına qarşı ənənəvi olaraq təhsil müəssisələrində profilaktiki tədbirlərin aparılması sürətləndirilib.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəblərdə keçirilən kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb. Məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdləri ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də tibb otaqlarının zəruri tibbi vasitələrlə təchiz olunmasına nəzarət artırılıb.

Məqalədə : məktəb dezinfeksiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
254

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
352
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 19:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru