Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
09:42
Nazirlik: Azərbaycanda taxıl qıtlığı gözlənilmir

Azərbaycanda bu il taxıl qıtlığı gözlənilmir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkənin taxıl təminatında heç bir qeyri-müəyyənlik yoxdur: "Bu il ölkəyə taxıl idxalı da ötən ilin yanvar ayı ilə müqayisədə 50 faiz azalıb. Artıq bu il də idxalın azalması gözlənilir. Ötən il taxıl ehtiyatı tam olaraq formalaşdırılıb".

F.Fikrətzadə 2018-2019-cu il mövsümündə ölkəyə taxıl idxalının artmasının səbəblərini də açıqlayıb: "2017-2018-ci il mövsümündə dünya bazarında taxılın qiyməti artmışdı. Ona görə də yerli sahibkarlar daha çox ehtiyat taxıllarından istifadə etdilər, yəni xaricdən idxala üstünlük vermədilər. Həmin vaxt Azərbaycanın taxıl ehtiyatı 1 milyon 600 min tondan 700 min tona düşmüşdü. 2018-2019-cu mövsüm ilində isə dünya bazarında taxılın qiyməti aşağı düşdü. Bundan istifadə edən sahibkarlar tükənmiş taxıl ehtiyatını artırdı. Onu da qeyd edim ki, 2019-2020-ci il mövsümündə həm dünya bazarında, həm də Azərbaycanda quraqlıq riskinə görə istehsalın həcmində qeyri-müəyyənlik gözlənilir. Ona görə də sahibkarlar öz ehtiyatlarını formalaşdırıblar. Bu il əkin yaxşı çıxış vermədi. Oxşar proses dünya ölkələrində də müşahidə edilir. Bu il Azərbaycanda da taxıl istehsalının azalması gözlənilir. Amma bu, ölkədə taxıl qıtlığının yaranmasına səbəb olmayacaq. Çünki ötən il sahibkarlar tərəfindən ölkənin taxıl ehtiyatı formalaşdırılıb. Ona görə də hazırda ölkədə kifayət qədər taxıl ehtiyatı var".

Məqalədə : taxıl 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
296

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
388

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
372

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
413

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
413
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2021 22:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru