Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2020
15:34
“BakuBus”a daha 3 marşrut xətti verilib

Ötən ilin dekabrında 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrutlar xətləri üzrə elan olunan müsabiqə yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, nəticələrə əsasən 11, 30 və 40 nömrəli müntəzəm marşrut xətləri üzrə “BakuBus” MMC qalib elan olunub. Qeyd edilən marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyətinin “BakuBus” MMC tərəfindən həyata keçirilməsi mərhələli şəkildə təmin oluncaq. Bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

71 və 199 nömrəli marşrut xətləri üzrə isə daşımalar növbəti müsabiqələr keçirilənədək müvəqqəti olaraq əvvəlki daşıyıcılar tərəfindən icra ediləcək.  

“Həmçinin, bildiririk ki, sərnişindaşımada nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması məqsədilə 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”, - deyə BNA-dan bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda "patı" satan ana və oğlu saxlanılıb

03

Avqust
15:54
HÜQUQ,HADİSƏ
298

Deputat Eldəniz Səlimov saxlanılıb

03

Avqust
13:52
HÜQUQ,HADİSƏ
395

Deputatlar yenidən tətilə çıxıblar

03

Avqust
13:49
ÖLKƏ
395

Sabahın hava proqnozu açıqlanıb

03

Avqust
13:40
ÖLKƏ
378

Azərbaycanda benzin bahalaşıb

03

Avqust
12:48
İQTİSADİYYAT
651

İranda zəlzələ olub

03

Avqust
10:56
DÜNYA
484

Əfqanıstan Talibanla sülhə hazırdır

03

Avqust
10:17
DÜNYA
607
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2021 19:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru