Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
15:52
Güclü küləklə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb

"Azərişıq" ASC Azərbaycan ərazisində müşahidə olunan güclü küləklə əlaqədar ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişini müvəqqəti dayandırıb.

ASC-dən FaktXəbər-ə verilən məlumata görə, güclü külək ölkənin Cənub bölgəsində bir sıra fəsadlar törədib. Külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək.

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3933

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2831

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2267

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1907
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 02:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru