Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
17:15
Bakı metrosu koronavirus təhlükəsinə hazırdır? - RƏSMİ AÇIQLAMA

Zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

Bu barədə “Bakı Metropoliteni” QSCbildirib.

Bildirilib ki, “Bakı Metropoliten”i şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil. Lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

Eyni zamanda qeyd olunub ki, “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyatı struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur.

Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.

Fürsətdən istifadə edərək, “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir.

Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlığının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin, metropolitendə təmizliyin qorunması baxımından vacibdir. (oxu.az)

Məqalədə : koronovirus metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
567

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
453

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
476

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
727

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 07:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru