Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2019
13:16
Ermənistan `Osa-AK` zenit raket sistemləri əldə edib

Ermənistanın Baş naziri Nikol Paşinyana yeni "Osa-AK" zenit-raket sistemləri göstərilib. Bu barədə ölkə rəhbəri öz Facebook hesabında yazıb.

"Yeni  əldə etdiyimiz "Osa-AK" zenit-raket sistemləri modernləşdirilib. Onlar hava sərhədlərimizi toxunulmaz edəcək", statusda deyilir. 

Qeyd edək ki, bundna öncə Ermənistan Rusiyadan yeni "Top-2" zenir raket sistemləri alıb.

"Osa-AK" özüyeriyən zenit raket kompleksidir (NATO sinifləşdirməsinə əsasən adı: SA-8 «Gecko»).Kompleks motatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Rusiya istehsalıdır. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və yüksək vurma qabiliyyətinə malik olduğu bildirilir.

Osa-AK sistemində istfadə olunan raketlər bərk yanacaq əsasında işləyən bir pilləli raketlərdir. SA-8a tipli raketlə 10 km, SA-8b tipli raketlə isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partadıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m-də yerləşir.

Atma sistemi və lazım olan radar və kompyüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radar işləmə məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir. və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idaə etmək üçün iki müxtəlif tezliklə işləyən ötürücü kanallar mövcuddur.

Məqalədə : Ermənistan Osa-AK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
554
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 00:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru