Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2019
13:48
Azərbaycana gələn əcnəbilərin sayı 11 faiz artıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, gələnlərin 29,7 faizi Rusiya, 22,6 faizi Gürcüstan, 9,9 faizi Türkiyə, 8,0 faizi İran, 3,5 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9 faizi Ukrayna, 1,7 faizi Türkmənistan, 1,6 faizi İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan və İsrail, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90,0 faiz), Hindistan (67,7 faiz), Çin (63,1 faiz), Misir (58,5 faiz), Malayziya (51,2 faiz), Səudiyyə Ərəbistanı (46,1 faiz), Macarıstan (32,8 faiz), Polşa (31,7 faiz), Özbəkistan (27,3 faiz), İspaniya (26,6 faiz), Filippin (26,5 faiz), Böyük Britaniya (26,5 faiz), Qazaxıstan (24,1 faiz), Cənubi Koreya (20,2 faiz), Gürcüstan (20,1 faiz) və Almaniya (19,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,0 faiz artaraq 130,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1 faiz artaraq 1060,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi dəmir yolu və avtomobil, 40,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə : əcnəbilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İtaliya 3 qolla 1/8 finalda! - VİDEO

17

İyun
01:14
İDMAN
300

ABŞ və Rusiya liderləri razılaşdı

16

İyun
20:52
DÜNYA
284

UEFA prezidenti Bakıda

16

İyun
16:19
İDMAN
297

Vətən müharibəsi qazisi vəfat edib

16

İyun
15:29
HƏRB
348

Sabah 39 dərəcə isti olacaq

16

İyun
13:19
ÖLKƏ
402
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2021 08:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru