Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2019
10:45
AİP parlament seçkilərində iştirakla bağlı qərarını elan etdi

“Azərbaycan İslam Partiyası İdarə Heyətinin geniş toplantısı keçirilib. Toplantıda ölkədə ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə olunub. Qurum səlahiyyətliləri eyni zamanda ölkədə elan olunmuş növbədənkənar parlament seçkilərilə bağlı geniş təhlillər apararaq partiya üzvlərinin Milli Məclisə seçkilərdə iştirakı ilə əlaqədar qərarını elan edib.

Qurumun mətbuat xidmətindən FaktXəbərə-ə daxil olan məlumatda hmçinin qeyd edilir ki, ölkədə elan olunmuş növbədənkənar parlament seçkiləri hakimiyyətin gözlənilməz qərarıdır: "Belə bir addımın atılacağına dair indiyədək hakim partiyanın parlamentdəki üzvləri tərəfindən əks arqumentlər dəfələrlə səsləndirilmişdi. Əslində qanunverici hakimiyyətə seçki gününün bu qədər tələsik və yaxın vaxta təyin edilməsi digər siyasi partiyaların belə bir ciddi siyasi mübarizəyə qoşulmaq imkanlarının və zamanının məhdudlaşdırılmasından başqa bir şeyə xidmət etmədiyi güman edilir. 

Hakim partiya növbədənkənar seçkiləri ölkədə aparılan islahatlarla bağlamağa çalışsa da, bunu nisbətən təsdiq edən hal kimi nə seçki qaninvericiliyində, nə də məntəqə, dairə və Mərkəzi Seçki Komissiyalarının tərkibində mühüm zəruri hesab edilən dəyişikliklərin şahidi oluruq. 

Belə bir neqativ seçki mühitinin qorunub saxlanması  hesab edirik ki, əvvəlki qanunsuzluqların, namizədlər üçün bərabər şəraitin yaradılmamasının, bir sıra saxtakarlıqların təkrarlanmasına gətirib çıxaracaq. 

Azərbaycan İslam Partiyası iştirak etdiyi əvvəlki seçkilərdə baş verənləri qiymətləndirərək növbədənkənar parlament  seçkisində obyektivliyə etimadın olmadığı təqdirdə, parlamentdə ölkə ictimaiyyəti, xüsusən dini cameə üçün və cəmiyyətdə baş verən milli-mənəvi aşınmanın, onun törətdiyi fəsadların, hicablı xanımların fundamental hüquqlarının kobudcasına pozulmasının qarşısını almaq üçün Milli Məslisdə təmsil olunmağın və zəruri tələb-təkliflərin səsləndirilməsinə böyük maraq və ehtiyacın olmasına baxmayaraq, siyasi qurum tərəfindən namizədlərin irəli sürülməsini məqsədəuyğun hesab etmir.”

Məqalədə : AİP parlament seçkiləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti 68 dollara qədər ucuzlaşıb

08

May
09:30
İQTİSADİYYAT
295

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
490

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
479
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-05-2021 20:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru