Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2019
10:42
`Mövzu bağlanıb`: Türkiyə Amerika `Patriotu`na görə S-400-dən imtina etməyəcək

Türkiyə, Amerika Patriot zenit raket sistemlərini almaq üçün Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərindən imtina etməyəcək.

FaktXəbər-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan "TRT" telekanalının efirində deyib.

“Bu mövzu bağlanıb. Lakin, əgər ABŞ bizə uyğun şərtlər təklif edərsə, biz onların da komplekslərini alacağıq", - o, vurğulayıb.

Həmçinin Türkiyə lideri Ankaranın öz hava hücumundan müdafiə sistemlərini diversifikasiya etmək istədiyini qeyd edib.

Xatırladaq ki, NATO sisteminə daxil ola bilməyəcyəyi üçün, ABŞ Türkiyə tərəfindən Rusiya hava hücumundan müdafiə sistemlərininin alınmasına qarşı çıxır, Bunun əvəzinə ABŞ Ankaraya Patriot hava hücumundan müdafiə sistemlərini əldə etməyi təklif edir.

Türkiyə isə ABŞ-a dəfələrlə  xatırladıb ki, Rusiya S-400 sistemlərinə yiyələnmək məsələsi çoxdan həll olunub.

Məqalədə : Türkiyə ABŞ S-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
287

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
236

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
281

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
314

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
276

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
456
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 06:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru