Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
10:40
Avroviziya ilə bağlı Avropa ölkələrindən biri AYILDI

Macarıstan gələn il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmək qərarına gəlib. Yarış mayın 12-dən 16-dək Rotterdamda (Nidderland) keçiriləcəkdir. 

FaktXəbər bildirir ki, "The Guardian"ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, musiqi yarışması sağçı Macarıstan hökuməti və dövlət mediası direktorlarının gözü qarşısında getdikcə "çox homoseksual" hala gəlibdiyi üçün belə qərar verilib.

"İştirakdan imtina edilməsinin rəsmi səbəbinin bildirilməməsinə baxmayaraq, bu addım Macarıstanda son zamanlar homoseksuallara qarşı addımların artması fonunda baş nazir Viktor Orbanın başlatdığı "ailə hər şeydən önəmlidir" siyasətinin icrası ilə müşahidə olunur. Baş nazir ənənəvi ailələrə kömək və doğuş nisbətlərini artırmağa yönəlmiş  layihələri dəstəkləyir", - deyə nəşr yazır.

2019-cu ilin əvvəlində Macarıstan parlamentinin spikeri eynicinslilərin evlənərk övladlığa uşaq götürməsini pedofiliya ilə müqayisə edib. Milli televiziyada çıxış edən şərhçisi isə Avroviziya müsabiqəsini "homoseksual flotu" adlandırıb və iştirakın millətin zehni sağlamlığına zərər verəcəyini söyləyib.

Hökumət sözçüsü Zoltan Kovaçis, ""Eurovision 2020"də iştirak etmək əvəzinə, istedadlı Macarıstan musiqiçiləri tərəfindən yaradılan qiymətli məhsullara dəstək olacağıq",- deyə bildirib.

Məqalədə : Avroviziya homoseksual 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
175

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
180

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
205
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 20:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru