
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev AİP adından bəşəriyyətin və İslam tarixinin ən ağır faciəsi, İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsi hadisəsi ilə bağlı Azərbaycan və dünya müsəlmanlarına başsağlığı verib.
Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan başsağlığı müraciətində deyilir:
“Əziz müsəlman qardaş və bacılar, dünyanın əziz azadlıqsevər insanları, əziz Əhli-Beyt aşiqləri, Vilayət təəssübkeşləri! Sizlərə insanlığın ən ağır yarası, İslam tarixinin ağır faciəsi, bəşəriyyətin heç zaman yaddaşından silinməyən, ağrıdıcı və hər il hüznü vacib bilinən Məhərrəm ayının 10-u, İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilən aşura günü ilə əlaqədar İmam Sahib əz-Zaman (əc) başda olmaqla dərin hüznlə başsağlığı veririk.
Bu hüzn və matəm günü Allahın xüsusi dəyər verdiyi Məhərrəm ayının insanlara fəzilət, kamillik, mərhəmət və ədalət gətirmək mahiyyətinə görə də çox hikmətlidir. Allah-Təala bəşəriyyətin bəlalardan xilası üçün nazil etdiyi İslam dininin çox ağır və aradan getmək təhlükəsinin yarandığı bir zamanda İmam Hüseynin qurban gedəcəyini çox-çox əvvəl Peyğəmbəri (s) məlumatlandırmışdı. Məhz Böyük Yaradan İslamın qurtuluşunu bu ağır faciə ilə təqdir etmişdi. Çünki bu vəzifəni Özünün ən çox sevdiyi bəndədən başqa kimsə nəticələndirə bilməzdi. Ona görə də İmam Hüseynin (ə) Kərbəla qiyamı, Aşura günü İslam tarixinin ən unudulmaz günü, bütövlükdə Məhərrəm ayı isə müsəlmanlar üçün ən əzalı, hüznlü aydır. Min dörd yüz ilə yaxındır ki, bu ayı dünya müsəlmanları həmişə əziz tutur, bu ayın bərəkətindən və rəhmətindən bəhrələnməyə çalışırlar.
Qurani-Kərimin yüksək dəyərləndirdiyi Məhərrəm ayında 1400 ilə yaxın bir tarixə malik Aşura mərasimi adlı bir məktəb yarandı-İmam Hüseyn (ə) məktəbi. Hər il və dünyanın hər yerində insanlar Aşura gününü acı göz yaşlarıyla yad etməklə yanaşı, bu günün fəlsəfəsini daha dərindən öyrənirlər. Tarixi təcrübə göstərdi ki, bir çox xalqlar köləlik zəncirini qırmaq, azadlıq şərbətini içmək, zülmü və istismarı ayaqlar altına atmaq üçün İmam Hüseynin(ə.s.) şəhadət məktəbini örnək götürərək istəklərinə nail oldular. Tarix boyu əsarət altında inləyən belə xalqlar bu məktəbin dərkindən bəhrələnərək istiqlaliyyətlərini əldə edə bildilər.
İllər, əsrlər ötdükcə İmamın (ə) şəhadəti azadlığın mahiyyətini bəşəriyyətə daha dərindən anlatmağa, mübarizliyin və zülmə qalib gəlməyin yolunu daha aydın göstərməyə səbəb olur. Çünki İmam Hüseynin (ə) 72 tərəfdarı ilə Kərbəlada göstərdiyi yenilməzlik təkcə İslamın aradan getməsinin qarşısını almaqla bitmədi, bu məktəb eyni zamanda insanlar üçün sönməz bir hidayət çırağı, nicat gəmisi oldu. Hər kəs ki, bu gəmiyə sakin olar, demək ki, qurtuluş tapar.
Xalqımız da dünya müsəlmanları, Əhli-Beyt aşiqləri kimi hər il Məhərrəm ayını hüzn ayı, Aşuranı Peyğəmbərdən (s) sonra İslamın qurtuluş günü, İmam Hüseynin (ə) şəhadətini zülmün ərşə yüksəldiyi, dünyanın ən ağır müsibət günü kimi yad edir. Bu günlərdə əza saxlamaq böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir müsəlman övladı üçün onun mənəvi zənginliyi, mübarizliyi, vətəninə, xalqına, dininə gərəkliyi üçün vacib sayılmalıdır. Çünki İmam Hüseyn (ə) məktəbini keçmədən zülmün artdığı, cəmiyyətlərdə haqqın və ədalətin bərpaya ehtiyacı olduğu, müsəlman dünyasının təcavüzlərə məruz qaldığı və müsəlmanların hər yerdə qanının axıdıldığı dünyada mübarizə və müqavimət yolunu düzgün seçmək mümkünsüzdür. Hər kəs ki, bu hikmətli günlərin beyinlərdə yaratdığı izi, qəlblərdə İmama(ə.s.) oyatdığı sonsuz sevgini, Peyğəmbər ümmətinin qan yaddaşında Allahın qoyduğu bu genetik kodu pozmağa əl atır, çalışır, o, məxsus olduğu cəmiyyətin, xalqın və ümumən azadlıqsevər bəşəriyyətin düşmənidir.
Bu gün İslama müxalif qüvvələr hiylə və fitnələri ilə dinimizi yaşadan, onun bəşəri dəyərlərini, özündə ehtiva edən Kərbəla hadisəsini unutdurmaq istəklərilə onsuz da İmama eşq və sevgini, bu məktəbin bəhrəsi olaraq zalıma və zülmə kin və nifrəti insanların qəlbində söndürə bilməzlər. Çünki Aşura xeyrin şər üzərində qələbəsidir.
Biz bir daha əziz, heç zaman unudulmaz bəşəri hüzn və əlamətdar Aşura günü ilə əlaqədar xalqımıza, şəhidpərvər dünya müsəlmanlarına başsağlığı verir, bütün Əhli-Beyt aşiqlərinə bu ayın bərəkətli anlarını, iman dolu əza və hüzn məclisləri, Allahdan tükənməz sevgi və mərhəmət diləyirik.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür
- 20-11-2019 16:42 Şamaxıdakı kilsə Azərbaycanın qorunan abidələrinin siyahısına salınacaq
- 06-11-2019 09:27 Bu gün İmam Həsən Əsgərinin (ə) şəhadət günüdür