Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
12:15
Lənkəranda `PAZ` avtobusunun qəzaya uğrama səbəbi bilindi - FOTO

Lənkəranda baş verən avtobus qəzasının səbəbləri açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, avqustun 28-də saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan "PAZ" markalı, 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı öldüyü müəyyən olunub.

Şöbənin Dövlət yol polisi bölməsinin yol patrul xidmətinin və digər polis əməkdaşlarının fəal iştirakı ilə avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil edilib. Hazırda onlardan üç nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəldikdə, Ağayev Ələmdar Şavəli oğlu ona məxsus "PAZ" markalı, 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət  edərək həyətə aşıb.

Məqalədə : qəza lənkəran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
110

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
132

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
146

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
285

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
237
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 15:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru