Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Avqust

2019
11:51
Suriya Ordusu strateji əhəmiyyətli Xan Şeyxunu nəzarətə götürdü

İdlibin şimal qərbində Xan Şeyxunu işğal etmiş terror qruplaşmaları Suriyanın strateji şəhərindən çıxarılıb. FaktXeber.com-un Şərq mediasına istinadla verdiyi məlumata görə, Suriya Ərəb Ordusu 2014-cü ildən bəri İŞİD-in və digər terrorçuların əsas dayaq məntəqələrindən olan şəhərə daxil olub. Başda "ən-Nusra Cəbhəsi" olmaqla müxtəlif qruplaşmalar bölgəyə nə qədər qüvvə cəlb etsələr də Suriya Ordusunun irəliləməsinin qarşısını ala bilməyiblər.

Xan Şeyxun İdlibin şimal, qərb və şərq mehvərlərinin əlaqə halqasıdır və onun azad edilməsi Suriyanın iqtisadi mərkəzi olan Hələb yolunun yenidən açılmasının ilk addımı sayılır.

Xan Şeyxunun hərbi önəmi də bundadır ki, ona nəzarət Suriya ordusuna asanlıqla şimala, yəni "Maarat Nuuman"a tərəf hərəkət imkanı verir. Bu bölgə Suriyanın şimal, cənub, şərq və qərbə doğru beynəlxalq yollarının əlaqə halqasıdır.

Yeri gəlmişkən qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin  dünən Fransada səfərdə olub. Sputnik-in məlumatına görə, gündəmdə əsas məsələ Suriya olub. Mediaya açıqlamasında rusiyalı lider  Suriyada güvənli ərazilərdən silahlı qruplaşmaların  çıxaraq  hücumlar həyata keçirdiklərini və dünyanın fərqli bölgələrinə göndərildiklərini deyib. Onun sözlərinə görə, bu, çox təhlükəli haldır.

«Suriya ordusunun  terror təşkilatlarını  saxlanılması məqsədiylə əməliyyat keçirilməsini dəstəkləyirik», - deyə Putin əlavə edib.

Fransa prezidenti Emmanuel Makron isə İdlib məsələsində narahatlığını dilə gətirərək, Soçi sazişi çərçivəsində dərhal atəşkəs əldə etməyə çağırıb.

Məqalədə : Xan Şeyxun İdlib Xan Şəyxun 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
467

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
363

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
376

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
647

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
477
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 01:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru