Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2012
13:38
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN VƏ NATO-nun NARKOTİK ƏMƏLİYYATLARI
BMT: "NATO qüvvələrinin Əfqanıstana daxil olmasından sonra bu ölkədə narkotik istehsalı əvvəlki illərə nisbətən 40 dəfə artıb"

MKİ-nin Əfqanıstandakı gizli müharibəsində də istifadə olunan maliyyə mənbəyi yenə narkotikdən əldə edilirdi

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XV HİSSƏ)

Hələ Mərkəzi Kəşfiyyat İdarəsi rəsmi şəkildə yaradılmamışdan əvvəl, İkinci Dünya müharibəsi zamanı mafiya ilə əməkdaşlıq edən Overseas Secret Service (Xarici Gizli Xidmət) böyük narkotik qaçaqmalçılığı ilə məşğul  olan təşkilatlarla əlbir idilər. Müharibədən sonra yenicə yaradılan MKİ-nin ilk gizli əməliyyatlarından biri, Cənub Fransadakı solçuların gücünü qırmaq oldu. Bunun üçün MKİ daha sonra dünyanın ən böyük heroin qaçaqmalçısı olan Korsika Mafiyası ilə əlaqəsini gücləndirdi.
1960-cı illərin əvvəlində MKİ böyük əməliyyatlarına görə, dünyadakı heroin istehsalının böyük hissəsini Cənubi-şərqi Asiyaya yönləndirdi. MKİ milliətçi Çin qruplarını kommunist Çin hakimiyyətini zəbt üçün öyrədirdi. Əməliyyat uğursuz olduğu üçün Burmanın şimal-şərqində yerləşən bu qruplar, kəndliləri qorxudub özləri üçün tiryək yetişdirməyə məcbur edərək, dünyanın ən böyük tiryək istehsalçısı oldular. "Qızıl Üçbucaq" adlanan bu bölgə dünya tiryək istehsalı liderliyini bu gün də davam etdirir.
Daha sonra ABŞ qüvvələrini Çin-Hind yarımadasına daxil etdiyi vaxt buradakı tiryək ticarəti ABŞ-ın o biri əməliyyatları ilə birləşdirildi. Nixon qayda-qanunla bağlı nitqlərini atıraraq, məşhur fransız narkotik mafiyasını çökdürdüklərinə dair böyük bir şou göstərirdi. Onu dəstəkləyən Florida mafiyası isə çoxdan Vyetnama daxil olmuşdu. 1970-ci ildə isə ABŞ, bir hissəsi Amerika əsgərlərinin cəsədlərinə doldurularaq ölkəyə gətirilən təmiz Asiya heroini ilə dolmuşdu.

MKİ Laosda 40 min muzdlu əsgər saxlayırdı

MKİ-nin Laosda saxladığı əsgərlər arasında çoxlu sayda ənənəvi tiryək istehsalçısı olan Hmong qəbiləsinin nümayəndələri də var idi. MKİ-yə məxsus hava yolu şirkəti Air America orduya silah aparır, əvəzində isə ABŞ bazarına Hmong malı gətirirdi. Əldə edilən böyük qazanc MKİ agenti Maykl Hand tərəfindən yaradılmış Avstraliya bankına yönləndirilirdi. Bu pullar Konqresdən gizli saxlanılan digər MKİ əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edilirdi.
MKİ-nin Asiyadakı narkotik əməliyyatlarında iştirak edən agentlərdən çoxu, daha sonra eyni üsulların tətbiq edildiyi Orta Amerikadakı gizli MKİ müharibələrinin ulduzları oldular. Nikaraqua partizanları gömrük yoxlamasından azad edilmiş uçuşlarla ABŞ-a daxil edilən və çıxarılan kokain puluyla bəslənirdi. Honduras, Kostarika, Salvador və Panamadakı MKİ agentləri narkotik ticarətinin genişlənməsinə yardımçı olurdular.
MKİ-nin Əfqanıstandakı gizli müharibəsində də istifadə olunan maliyyə mənbəyi yenə narkotikdən əldə edilirdi. Mallarının böyük bir hissəsi isə yenə amerikalı aludəçilərin damarlarında səfərini tamamlayırdı.

Narkotik ticarəti üçün MKİ-NATO əməkdaşlığı

Qeyd edək ki, hazırda MKİ-nin narkotik əməliyyatlarına NATO da qoşulub. Belə ki,  2001-ci ildə ABŞ-ın rəhbərliyi altında NATO qüvvələri Əfqanıstanda anti-terror əməliyyatlarına başladılar. 1996-cı ildən Əfqanıstanda hakimiyyətdə olan Taliban qüvvələri devrildikdən sonra ölkəyə nəzarət Atlantika blokunun əlinə keçdi. Əslində NATO qüvvələrinin oradakı varlığı dünya ictimaiyyətinə terrora qarşı mübarizə aparmaq kimi göstərilsə də, aparılan araşdırmalar bunun əksini söyləyir.
2001-ci ildə terror təşkilatına qarşı mübarizə aparan, lakin qələbə qazana bilməyən ABŞ, özünü ölkədən çıxmağa hazırlaşan kimi göstərməyə çalışır. Əslində isə hərbçilər diplomatik nümayəndə kimi ölkədə saxlanılır. Buna sübut kimi İraq səfirliyində diplomat adı ilə saxlanılan 20 minlik ABŞ əsgərlərini göstərmək olar. Bu azmış kimi Ağ Ev Pakistana da terrora qarşı mübarizə aparmaqda təzyiqlər edir.

BMT: "NATO Əfqanıstana daxil olduqdan sonra narkotik istehsalı 40 dəfə artıb"

Məlumdur ki, Əfqanıstan dünya heroin istehsalının beşiyindən biridir. Hazırda bu ölkədə narkotiklər əsasən ölkənin Taliban rejiminin nəzarətində olan ərazilərində becərilir. Buradan dünyanın hər yerinə narkotik maddələr daşınır. Bunun sayəsində Əfqanıstanın dövlət büdcəsinin təxminən 80 faizini narkotikdən gələn gəlirlər təşkil edir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin açıqladığı məlumatda deyilir ki, NATO qüvvələrinin Əfqanıstana daxil olmasından sonra bu ölkədə narkotik istehsalı əvvəlki illərə nisbətən 40 dəfə artıb. Təşkilatın hesabatında o da bildirilir ki, Taliban rejiminin hakimiyyətdə olduğu dövrdə də Əfqanıstanda bu qədər narkotik becərilmirdi.
Təşkilatın yaydığı hesabatdan məlum olur ki, NATO qüvvələri Əfqanıstanda təkcə anti-terror əməliyyatları aparmırlar, onlar həm də iri plantasiyaların qorunmasında məsuliyyət daşıyırlar. Əfqanıstanın narkotik ticarətində önəmli tranzit qovşaq olduğunu və bu qovşağa da ABŞ tərəfindən nəzarət olunduğu məlumdur. Əfqan hökumətinin nazirlərindən olmuş general Xodaybad bu barədə açıqlama verərək bildirmişdi ki, Əfqanıstandakı xaşxaş ticarəti işğalçı qüvvələrin əlindədir və ABŞ, İngiltərə, Kanada əsgərləri iki əfqan şəhərindən narkotik ticarəti üçün baza kimi istifadə edirlər. NATO qüvvələrinin bütün bunlardan xəbərdar olduğunu, lakin buna göz yumduğunu iddia edən general, Şimali Atlantika blokunun buna görə külli miqdarda pul aldığını söyləyib.

Narkobaronlar NATO ilə əməkdaşlıq edirlər

Narkotik ticarətinə ABŞ-ın rəhbərliyi altındakı idarələr tərəfindən nəzarət edildiyini açıqlayan general, bu ticarətə görə əfqan hökumətinə, o cümlədən prezident Həmid Kərzayiyə iri narkobaronların təsir etdiyini də gizlətməyib: “Həmin narkobaronların özü də NATO qüvvələri ilə əməkdaşlıq edir.” 
BMT ekspertləri bildirirlər ki, son 10 ildə Rusiyada narkomanların sayı 10 dəfə artıb və hazırda onlar ildə 75-80 ton əfqan heroini istifadə edirlər. ABŞ və Kanadada istifadə edilən heroinin miqdarı isə 55-60 tondur. Çində isə bu rəqəm 45 tondur.
Göründüyü kimi, ötən əsrin ortalarında yaradılan və yaradıldığı gündən gizli əməliyyatlarını maliyyələşdirmək üçün ən çox gəliri olan narkotik bazarına girişən Mərkəzi Kəşfiyyat İdarəsi bu gün də eyni yolu davam etdirməkdədir.

Bu yolun daha rahat olduğunu görən NATO rəhbərliyi də, milyardlarla dollarlıq əməliyyatları üçün narkotik ticarətinə baş vurub. Doğrudan da, bütün dünyada əməliyyatlar həyata keçirən MKİ və bir neçə ölkədə on minlərlə əsgər, silahlı texnika saxlayan NATO üçün dövlət büdcələrindən ayrılmalar kifayət etməz. Bunun üçün milyardlarla dollarlıq dövriyyəsi olan və son mənzili aludəçilərin damarlarında başa çatan narkotik daha məqsədəuyğundur.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Suriyada terrorçulara məxsus PUA vurulub

28

Sentyabr
11:46
DÜNYA
55

Vilayət Eyvazovdan yeni TƏYİNAT

28

Sentyabr
11:31
SİYASƏT
255

Əhməd Məsud bəyanat yayıb

28

Sentyabr
11:14
DÜNYA
185

AMB-nin valyuta məzənnələri

28

Sentyabr
09:14
İQTİSADİYYAT
270

DYP sürücülərə müraciət edib

27

Sentyabr
16:13
NƏQLİYYAT
425
Şərhlər
Natiq tərəfindən 15-06-2012 tarixində yazıldı
Bay, bəs deyirdilər narkotiklə dünyanı zəhərləyənlər müsəlmanlardır. Ay NATO sevərlər, yəqin NATO "sülhməramlıları"nı Qarabağa gəlməsini istəməklə, onların Əfqanıstandakı narkomissiyasını genişləndirməyə yardımçı olmaq istəyirsiniz. Hə bir də, soruşan olsa deyərsiz ki, bu şəkildəki NATO əsgərləri onu əkənləri qorumaq üçün orda deyirlər. Əkinçilərə deyirlər ki, bunu əkməyin, yazıqsınız, haramdır. Onlara narkotikin gətirdiyi bəlaları sadalayırlar...
Gasan tərəfindən 16-06-2012 tarixində yazıldı
Natiq qardash,bunlar NATO esgerleri deyil,Muselman esgerleridir! Narkotikani dunyada yalniz muselmanlar ekir,terroru ise RADIKAL ISLAMCILAR heyata cekirir! "amerika" adli terror yuvasi ise,hemishe edalet,sulh ve demokratiya uqrunda mubarize aparir!!! (guyaki)
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2021 12:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru