
VII məqalə (VI məqalə)
Əli ibn Abbas əl-Məcusi X əsrdə İranın cənub-qərbindəki Əhvaz şəhərində anadan olmuş tibb alimidir. O, "əl-Əhvazi", "Məsudi" və "Əbul Həsən" ləqəbləri ilə tanınıb. Qərb dünyası onu latın dilində səslənən "Haly Abbas" kimi tanıyıb. Doğum tarixi dəqiq bilinmir, amma vəfat tarixi 994-cü ildir.
Təhsilini Bağdadda tamamlayıb. Orada Adudud-Dauvlə Xəstəxanasında baş həkim işləyib. X əsrin son 70-ci illərindən başlayaraq tibb və cərrahiyyə sahəsində mühüm nüfuza malik olub.
Əli ibn Abbas ona böyük şöhrət gətirən nəhəng "Kitab əl-Maliki" əsərini yazıb. Amma bu kitab onun ölümündəndən sonra daha çox məşhur olub. Bu əsərin birinci hissəsində tibb nəzəriyyəsi izah olunur. İkinci hissədə isə təbabətin əsasları, profilaktik tibb və əczaçılıqdan bəhs edilir. Kitabda anatomiya, cərrahiyyə və cərrahi müalicə ilə bağlı 110 bölmə var. Əsər 1070-1078-ci illər arasında Afrikalı Konstantin tərəfindən Latın dilində "Liber Regalis" və ya "Regalis Dispositio" adı ilə tərcümə edilib. Lakin tərcüməçi bu işi öz kitabı kimi ictimailəşdirib. Ərəb dilindən latıncaya tərcümə edilən ilk tibb əsəri olan "Kitab əl-Maliki" XVI əsrə qədər Avropa tibb məktəblərində tədris olunub.
Dr.Sigrid Hunkeyə görə, əsərin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, o dövrə qədər müxtəlif millətlərdən gələn tibbi məlumatlar cəmlənərək mükəmməlləşdirilib. "Kitab əl-Maliki"nin orijinal ərəb mətni 1283-cü ildə Lahor və 1294-cü ildə Bulakda yenidən yazılıb. Əsərin müxtəlif hissələri 1903-cü ildə Fransız dilinə tərcümə olunub. Bundan başqa, İstanbul və İraq Kitabxanasında qara və qırmızı rəngdə yazılmış əlyazmaların çox gözəl nüsxəsi saxlanılır. Frankfurtda yerləşən IGAIW tərəfindən orijinal mətn əsas götürülərək 1987-ci ildə nəzəri və praktik olmaqla hazırlanan 2 cildlik kitab sual-cavab formasında tibb tələbələrinin ixtiyarına verilib.
Bu əsərdə Hippokrat andından daha qabaqcıl prinsiplər əsasında həkimlik təcrübələri qeyd edilmişdir:
- Bir həkim, gördüyü işin nə dərəcədə məsuliyyətli olduğunu yaxşı düşünməli və dərk etməlidir.
- Bir həkim, ürək və bədən təmizliyinə diqqət yetirməlidir. Həyatını daim Allahın razılığına uyğun yaşamalıdır.
- Bir həkim, xəstəsinin ona açıqladığı şəxsi məsələləri heç kimə açıqlamamalıdır. Xəstələrlə ünsiyyət şirin və incə olmalıdır. Təcrübə və davranışları ilə xəstələr tərəfindən etibar qazanmaq və onu necə dəstəkləməyi bilmək lazımdır, evdə onları ziyarət etmək və isti münasibət göstərməlidir.
- Bir həkim, xəstəxanalarda xəstələrə xidmət göstərməli, xəstəlikləri tanımaq üçün mütəxəssis olanlara müraciət etməli, təcrübə və biliklərindən xəbərdar olmalıdırlar.
Əli ibn Abbas mədə, yoğun bağırsaq və uşaqlığın bədxassəli şişlərini (bugünkü mənası ilə xərçəng xəstəliyi) ilk dəfə kəşf edərək onu cərrahi yolla müayinə və müalicə edib, bu barədə əsərində ətraflı məlumat verib. Əməliyyatda yanında köməkçilər olub. Onlardan biri xaşxaş, batbat bitkisi sürtülmüş süngəri (o dövrdə narkoz kimi istifadə edilib) xəstənin burnuna tuturmuş, digəri isə xəstənin nəbzinə nəzarət edirmiş. Digər köməkçi isə cərrahla birlikdə əməliyyata qatılırmış. Əməliyyatını şagirdlərinə öyrədərkən, "indi xəfif şəkildə və diqqətlə xəbis hissəni təmiz hissədən ayırmaq üçün kəsin. Hər hansı bir damarın zədələnməsinə və sinirin kəsilməməsinə diqqət yetirin. Bir damar görürsünüzsə, qanaxmanın cərrahi sahəyə mane olmaması üçün damarı diqqətli şəkildə bağlayın. Xəbis hissəni kəsdiyiniz zaman, bəzi kiçik hissələrin içəridə olub olmadığını yoxlayın. Əgər belədirsə, onları diqqətlə təmizləyin. Bütün xəbis hissələri çıxardıqdan sonra, artıq dərini kəsib qısaltmaq surəti ilə bir-birinin üstünə gətirin və damarları bir biri ilə qaynayıb birləşəcək şəklə saldıqdan sonra tikiş həyata keçirin", - deyə qeyd edib əsərində.
Əli ibn Abbas göz xəstəliklərinin müalicə və diaqnozunda da mühüm irəliləyişlər edib.
Doğum haqqında Hipokrat və ardıcılları uşağın öz hərəkəti ilə dünyaya gəldiyini qəbul etdiyi bir vaxtda, o, doğumun ana bətnindəki əzələnin gərilib boşalması ilə həyata keçdiyini söyləyib. Bundan başqa, dölün ana bətnində keçirdiyi müxtəlif dövrləri, ehtiyacı olduğu qidanı və bunun ana bətnində necə təmin olunduğunu izah edərək, tibb elminə yeni üfüqlər qazandırıb.
Aqil Mehdi
İstifadə olunmuş ədəbiyyat:
L.Richter-Bernburg, "ALİ B. ABBAS MAJUSİ," Encyclopedia Iranica.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq