Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
20:00
Əbülfəs Qarayev üç ölkənin səfirləri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Əfqanıstan, Yunanıstan və Meksikanın Azərbaycandakı səfirlərini qəbul edib. Meksika Birləşmiş Ştatlarının səfiri Rodriqo Labardini, Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos və Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Xeyrullah Spelanayla görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev qonaqlara hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və cari ilin 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək, ölkəmizin qeyd edilən Komitəyə sədrliyinin əhəmiyyətini vurğulayıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

Məqalədə : Əbülfəs Qarayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
102

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
170

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
485

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
393
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 14:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru