Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2019
14:25
AXCP-çinin toyuna mane olmamışıq - RƏSMİ

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun "Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olması ilə bağlı məlumat yayılıb.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məsələ ilə bağlı Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova açıqlama verib.

R.Ocaqova bildirib ki, rayonda belə bir hal yaşanmayıb:

“Mən özüm sosial şəbəkədə “başçı toya imkan vermir” tipli paylaşımları görəndə, dəhşətə gəldim. Həqiqətən belə bir şey olmayıb. Yəqin ki, kimsə bu məlumatları yaymaqda maraqlıdır.

Mən rayonun rəsmi şəxsi kimi tam əminliklə deyirəm ki, bu məlumat həqiqətəuyğun deyil”.

Sosial şəbəkələrdə verilən məlumatların yalan və qərəz xarakterli olduğunu vurğulayan R.Ocaqova deyib ki, xəbəri kim, hansı məqsədlə yayıbsa, araşdırılacaq.

Sosial şəbəkələrdəki məlumatlarda qeyd edilir ki, Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. İddia olunur ki, bundan xəbər tutan rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına maneçilik törədilib.

Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin.  Və toy  Ş.Hacıbəylinin  həyətində  olub. 

Qeyde dək ki, Ş. Hacıbəylinin qızı AXCP GK Ali Məclisinin sədri Ruslan Nəsirli ilə ailə həyatı qurub. (modern.az)

Məqalədə : AXCP Ruslan Nəsirli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda saxlanılan şəxs polis şöbəsindən qaçdı

04

Avqust
16:49
HÜQUQ,HADİSƏ
629

Prezident Təhsil Nazirliyinə 7 milyon ayırdı

04

Avqust
15:24
İQTİSADİYYAT
661

Müdafiə Nazirliyi məlumat yayıb

04

Avqust
14:57
HƏRB
595

“Azeri Light” nefti ucuzlaşıb

04

Avqust
11:12
İQTİSADİYYAT
791
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2021 04:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru