Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2019
10:51
Vüqar Bayramov: Bu il dollara tələb yüksək olacaq

Cari ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. Dollara tələbin artmasının əsas səbəbləri nədir? 

FaktXəbər-in məlumatına görə, sözügedən sualı cavablandıran iqtisadçı alim Vüqar Bayramov bildirib ki, öncədən də proqnozlaşdırdığımız kimi, dövlət xərclərinin artması dollara tələbi yüksəldir: "Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşühidə olunub. Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir. Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq."

Məqalədə : dollar manat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
455

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
588

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru