Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2019
09:52
Ölkədə cinayət hadisələrinin 12 faizdən çoxu narkotiklə bağlı olub

2018-ci ildə Azərbaycanda qeydə alınmış 26 381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

FaktXəbər-in məlumatına görə, həmin cinayət hadisələrinin 57,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi isə digər cinayətlərdir.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 86,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13,0 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Məqalədə : cinayət hadisələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
70

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
86

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
141

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
275

AMB-nin valyuta məzənnələri

22

Sentyabr
09:25
İQTİSADİYYAT
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 14:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru