Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2019
10:38
Neft Fondu qızıl ehtiyatlarını 100 tona çatdırmağı planlaşdırır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin sonuna qızıl ehtiyatlarını təxminən iki dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır.

Bunu Fondun icraçı direktoru Şahmar Mövsümov “Bloomberg” agentliyinə müsahibəsində bildirib:

"Neft Fondu 2018-ci ildə qızıl alışını bərpa etdikdən sonra 2019-cu ildə qiymətli metal aktivini təxminən 2 dəfə artıraraq 100 tona çatdırmağı planlaşdırır".

Fondun aldığı bütün qızıl həcmləri Azərbaycana gətirilir və ARDNF-in binasında saxlanılır. Ş. Movsümov qızılın bir hissəsinin xaricdə saxlanılmamasının etibarla əlaqədar olmadığını, sırf kommersiya qərarı olduğunu bildirib.

Qeyd edək ki, ARDNF 2012-ci ildə qızıl alışına başlayıb. Ötən ilin sonuna Fondun investisiya portfelində olan qızılın həcmi 50,953 min kq təşkil edib.

 ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri qızıla investisiya edilə bilər.

Məqalədə : Neft Fondu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
237

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
259

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
357
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 22:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru