Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2019
16:45
Məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək

Yanvarın 18-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən FaktXeber.com-a verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. 

Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq.

Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını daha intensiv ziyarət edirlər.

Məqalədə : 20 Yanvar faciəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
135

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru