Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
14:03
ARDNF-dən qaçqınlara 200 mln. manat

2019-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) qaçqın və məcburi köçkünlərin həyata şəraitinin, mənzillə təminatının yaxşılaşdırılması üçün əlavə 200 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə məlumat verib.

Nazir büdcənin xərclər hissəsinin 410 mln. manat artırılmasının məqsədləri barədə də danışıb və birc sıra xərc istiqamətlərini açıqlayıb: “Regionlarda məşğulluq üçün əlavə olaraq 80 mln. manat, 2019-2020-ci illərdə dövlət hesabına ali təhsil alanlar və digər təhsil xərcləri üçün əlavə 11 mln. manat ayrılacaq. Bundan başqa, Gənclər Fondu üçün əlavə 2,7 mln. manat nəzərdə tutuluv ki, bu da cari illə müqayisədə 4,4 dəfə çoxdur. Azərbaycan Milli Elmlər Akademiyasına əlavə 800 min manat, yeni doğulmuş eşitmə qüsurlu, ürəklə bağlı problemli uşaqlar üçün əlavə 4 mln. manat, həmçinin yeni yaradılan təşkilatların maliyyə təminatı üçün 5,5 mln. manat ayrılması nəzərdə tutulub”. 

Bundan başqa, gələn ilin büdcəsindən kənd təsərrüfatı xərcləri üçün əlavə olaraq 40 mln. manat ayrılması təklif edilir. Həmçinin, islahatların həyata keçirilməsi ilə bağlı tədbirlər üçün 256 mln. manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Nazir bildirib ki, bələdiyyələrə ayrılan dotasiyalar 500 min manat azaldılacaq. 

Məqalədə : ARDNF 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxanların sayı açıqlandı

21

İyun
17:39
ÖLKƏ
130

Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

21

İyun
15:15
SİYASƏT
395

Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21

İyun
13:52
BÖLMƏNİ DÜZ SEÇ!
366
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2021 23:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru