Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
11:06
Məmurların vətəndaş qəbulunda yenilik

Prezidenti  İlham Əliyevin tapşırığına əsasən, bir neçə ildir Bakı şəhərində və regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri mütəmadi olaraq vətəndaşlarla qəbul keçirirlər. 

Ölkə başçısının göstərişi ilə regionlarda və paytaxt Bakıda hər bir icra başçısı ayda bir neçə dəfə sakinlərlə onlara daha yaxın ərazilərdə görüşlər keçirməlidir.

Görüşdə icra başçısı, müavinlər, şöbə müdirləri, digər məsul işçilər, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirlər.

Dövlət başçısının tapşırığı ilə səyyar qəbulu zamanı  icra başçısı rayon idarələrinin rəhbərləri ilə birlikdə əhalini narahat edən sosial problemlərin həllinə nail olmaq üçün, narahatlıq doğuran məsələləri, vətəndaşların istək və arzularını öyrənirlər.

Artıq bu görüşlərlə bağlı yenilik edilib. Belə ki, prezidentin göstərişi ilə hər bir rayon və şəhərdə sakinlərlə görüşə icra başçı ilə yanaşı, Prezident Administrasiyasından bir nümyəndə də qatılır. 

Qeyd edilir ki, bu yenilik görüş zamanı sakinlərin qaldırdığı problemləri birbaşa Prezident Administrasiyasına çatdırmağa və qaldırılan məsələnin tez bir zamanda həllinə nail olmağa şərait yaradacaq.

Məqalədə : Məmurlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2167

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 02:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru