Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
12:48
Abşeron yarımadasında sürüşmə və subasma sahələrinin son vəziyyəti açıqlanıb

 "Ötən ay Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb".

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O, nəticələri də açıqlayıb: "Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında, Masazır qəsəbəsi - "Zəli gölü" adlanan ərazidə sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsi sürüşmə sahəsində isə sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb".

Subasma proseslərinə gəlincə mütəxəssis bildirib ki, sentyabr ayında bəzi subasma sahələrində də gərginlik müşahidə olunub: "Binəqədi I-ci mədən yaşayış sahəsi, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bununla yanaşı Maştağa-Zabrat, Şuşa şəhərciyi, Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Daş Karxanası yaşayış massivində, Qala qəsəbəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur".(Report)

Məqalədə : sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölənlərin sayı azaldı

07

May
16:46
ÖLKƏ
195

Xalq şairi Musa Yaqub vəfat edib

07

May
15:37
ÖLKƏ
200

Sabah hava buludlu olacaq

07

May
13:38
ÖLKƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-05-2021 21:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru