Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
15:22
`Bu il 1 ton narkotik vasitə dövriyyədən çıxarılıb`

"Bu ilin əvvəlindən Dövlət Gömrük Komitəsi (DGK) 1,014 tondan artıq narkotik vasitə aşkar edirək qanunsuz dövriyyədən çıxarıb".

Bunu DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, bütün bu narkotik vasitələrin müxtəlif gizlətmə üsulları ilə ölkəyə keçirilməsinə cəhd edilib: “Bu il gömrükçülər kişmiş üzümünün arasında narkotik vasitənin keçirməsinə cəhd ediblər. Bundan sonra bütün gömrük orqanları üzüm mallarını ciddi şəkildə yoxlayırlar. Ancaq narkotik qaçaqmalçıları bir üsuldan bir dəfə istifadə edirlər. Bir hal aşkar edildikdən sonra onlar bir daha bu üsuldan istifadə etmirlər. Narkoqaçaqmalçılar elə marşrutlar seçirlər ki, bu marşrut şübhə doğurmasın”.

Gömrük rəsmisi onu da bildirib ki, çox vaxt bu narkotik vasitələri qanunsuz dövriyyədən çıxarmaq üçün əldə edilmiş əməliyyat məlumatlarından istifadə edilir: “Ümumilikdə isə 2016-cı ildən bu günə qədər 2,1 tondan artıq narkotik vasitəni aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb ki, bunun da 90%-i heroindir. Bu narkotiklərin böyük həcmi ölkəmizə İrandan gətirilir və Azərbaycan ərazisindən tranzit kimi istifadə edilərək Avropaya ötürülür. Düşünürəm ki, bütün bunlar DGK əməkdaşlarının daha operativ işləməsi sahəsində əldə edilib”.

F.Ələsgərlinin sözlərinə görə, bir çox hallarda narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsi faktlarında bacı-qardaş, ər-arvad belə iştirak edirlər. Onlar da bu narkotik vasitələrinin ölkəyə qanunsuz keçirilməsində ağlasığmaz müxtəlif üsullardan istifadə edirlər: “Bir çox hallarda narkotikləri bədən boşluqlarında və cinsiyyət orqanlarında keçirməyə cəhd göstərirlər”.

Gömrük rəsmisi onu da əlavə edib ki, bir çox hallarda ətir və kosmetik məhsulların qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin də qarşısı alınır: “Bu, bir çox hallarda mülkiyyət hüququ sahiblərinin hüquqlarının pozulmasıdır. Bu yaxınlarda tanınmış şirkətlərin istehsalı olan bir konteyner şampunun ölkəyə idxal edilməsinin qarşısını almışıq. Bu şampunların ölkəmizə gətirilməsi mülkiyyət hüququnun pozulması ilə yanaşı, insan sağlamlığına da zərər verə bilər”.

O həmçinin qeyd edib ki, dəfələrlə qızılquş quşlarının da Azərbaycandan çıxarılmasının qarşısı alınıb. (report.az)

Məqalədə : Narkotik vasitə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 02:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru