Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
15:20
Azərbaycanda yeni İslam kollecləri yaradılır

Bakıda və digər bölgələrdə 4-ə yaxın yeni İslam kolleclərinin yaradılması istiqamətində işlər gedir. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə danışıqlar aparılır.

Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra kolleclər İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərəcək:

"Kolleclərdə oxuyub təhsilini uğurla başa vuran tələbələr növbəti mərhələdə İlahiyyat İnstitutunda tədrisini davam etdirəcəklər".

Komitə sədri bildirib ki, Azərbaycanda məscidlərdə çalışan imamlar və din xadimlərinin say məsələsi tamamilə elmi cəhətdən araşdırılıb:

"Hesab edirik ki, məscidlərdə olan din xadimlərinin hazırlığında rəqəmlərin həddindən artıq böyük olmasına ehtiyac yoxdur. Misal olaraq, İlahiyyat İnstitutu 60 tələbə qəbul edirsə, kolleclər də 15 tələbə qəbul edəcək. Bu da din sahəsində olan tələbatı ödəyə biləcək".

M.Qurbanlı qeyd edib ki, məsələ müzakirə səviyyəsindədir: "Kolleclər də pulsuz olacaq. Məqsəd ölkədə gənclərin din sahəsində bilikləri xaricə getmədən əldə etməsidir".

Məqalədə : islam kolleci 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68454

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65877

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67679

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67031

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72496

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66754

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67098
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-03-2021 08:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru