Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2018
14:15
Boris Conson Tereza Meyi kamikadzeyə bənzədib

İngiltərənin keçmiş xarici işlər naziri Boris Conson "Mail On Sunday" qəzetində bu gün dərc olunan məqaləsində Baş nazir Tereza Meyin "Brexit" planına ağır iradlar səsləndirib.

FaktXəbər-in məlumatına görə, o, "İngiltərə konstitusiyasına intihar kəməri geyindirdik, partlayış düyməsini də Avropa İttifaqının baş müzakirəçisi Mişel Barnierə verdik", - deyə yazıb. Conson Brüsselə verilən güzəştlərin Aİ-nin Şimali İrlandiyanı İngiltərədən ayırması üçün bir ling xarakteri daşıdığını irəli sürüb.

Conson Şimali İrlandiya məsələsində Aİ-yə verilən təminatların İngiltərəyə qarşı şantaj vasitəsi kimi istifadə ediləcəyini bildirib.

"Müzakirələrin hər addımında Brüssel hər istədiyini əldə edir", deyərək belə yazıb:

"AB-nin təqvimini qəbul etdik. Qarşılığında heç bir şey almadan 39 milyard funt-sterlinq ödəməyə razı olduq. Yeni plana görə, onların qaydalarını da qəbul etdik - sonsuza qədər - həm də bu qaydaların müəyyənləşdirilməsində söz haqqımız olmadan. Bu utanc vericidir."

Consonun məqaləsində işlətdiyi "kamikadze" bənzətməsinə öz partiyasında də reaksiyalara səbəb olub.

İngiltərənin Avropa məsələləri üzrə naziri Alan Dunkan Consonun bu bənzətmə ilə "çox irəli getdiyini" söyləyib. Sosial şəbəkədəki hesabından mesaj verən Dunkan belə qeyd edib:

"Boris Baş naziri kamikadzeyə bənzətməklə çox irəli getdi. Bu, müasir İngiltərə siyasətindəki ən iyrənc anlardan biridir. Təəssüf edirəm, amma bu, Boris Consonun siyasi sonudur. Əgər indi deyilsə də, daha sonra belə olmasını təmin edəcəyəm".

Məqalədə : Boris Conson Tereza Mey 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
110

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
196

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
407

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
454

Xınalığa 2 sm qar yağıb

10

May
12:35
ÖLKƏ
641
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-05-2021 10:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru