Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Avqust

2018
14:01
Həyətlərində narkotik becərirdilər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki şəhər sakini saxlanılıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avqustun 29-da Şabran şəhər sakini Zakir Məmmədov narkotik maddələrin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinərək saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı həyətyanı sahədən dibçəklərlə hündürlüyü 95-190 sm olan yaş çəkisi 500 qram təşkil edən 4 ədəd çətənə kolları aşkar olunaraq götürülüb. 

Avqust ayının 30-da isə Şabran şəhər sakini Mecid Zeynalovun yaşadığı evə keçirilən baxış zamanı oradan hündürlüyü 129-170 sm olan yaş çəkisi 1 kq qədər olan 3 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş çətənə kolları və evin zirzəmisindən ümumi çəkisi 400 qram qurudumuş marixuana aşkar edilərək götürülüb.  

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olum. 

Faktlarla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə : narkotik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 01:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru